May 28 2020 14:48
Views: 351

Ermənistanın Xarici İşlər Nazirliyi bu ölkənin Baş naziri Nikol Paşinyanın babasının İkinci dünya müharibəsi illərində nasistlərlə əməkdaşlığı haqqında yayılan informasiyadan sonra yaranmış qalmaqalı aradan qaldırmağa çalışıb. Ancaq Ermənistan rəsmilərinin qalmaqallı nəşrləri təkzib etmək üçün yaydıqları məlumatlar bu dəfə də dezinformasiya olub. Belə ki, Ermənistan XİN-i guya baba Nikol Paşinyanın adında qarışıqlıq yaranması barədə dəlil irəli sürüb. Nazirliyin bəyanatına görə, Yenekovan kəndindən iki nəfər - faşistlərlə əlbir olmaqda ittiham olunan Nikol Vartanoviç Paşinyan və erməni baş nazirin babası Nikol Arakeloviç Paşinyan cəbhəyə yollanıb. “Onun adını Rusiya MN-nin məlumat bazasında Qırmızı ordunun çavuş rütbəsi ilə də tapmaq olar”, - deyə Ermənistan XİN-in bəyanatında deyilir.


Create Account



Log In Your Account