Oct 03 2019 19:27
Views: 246

Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri təxribatla beynəlxalq humanitar hüququ pozur. Ekspertlər dövlət sərhədinin Qazax istiqamətində mülki şəxsin həlak olması ilə nəticələnən insidenti belə şərh edirlər. Politoloq Fikrət Sadıxov bildirir ki, bu təxribatla Paşinyan hökuməti həm də Ermənistanda baş nazirdən narazı kütlənin diqqətini yayındırmaq, həm də Azərbaycanı təxribata çəkməkdir.
Düşmən tərəfin təxribatları bir daha sübut edir ki, bu ölkə yalnız Dağlıq Qarabağ ərazisində deyil, təmas xəttində də situasiyanın gərginləşməsinə çalışır.
Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyir ki, bu cür hərəkətlər ilk növbədə Ermənistanın öz imicinə zərbə vurur.
Ekspertlər bir daha vurğulayırlar ki, Ermənistan bu cür təxribatlar törədərkən Azərbaycanın bütün sahələrdə, xüsusilə də hərbi potensial baxımından dəfələrlə üstün olduğunu unutmamalıdır. 
Xatırladaq ki, ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədində, Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatoru erməni hərbçiləri atəşə tutub. Nəticədə ekskavatorun sürücüsü mülki şəxs Səfərəli Abışov həlak olub. Düşmən cavab atəşilə susdurulub.


Create Account



Log In Your Account