Jun 11 2019 18:36
Views: 719

“Aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır. Bu ölkənin müdafiə naziri isə Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş olur. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan müdafiə nazirinin Azərbaycan hərbi qulluqçusunu qətlə yetirən əsgərləri yüksək mükafatlandırmaya təqdim etməsinə münasibət bildirərkən belə deyib. Bildirib ki, bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur. Xarici İşlər Nazirliyinin sözçüsü bu addımla Ermənistanın beynəlxalq vasitəçiləri aldatdığını və onlara hörmətsizlik etdiyini açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb. 

Politoloq Tofiq Abbasov hesab edir ki, son dövrlər Ermənistanın həyata keçirdiyi siyasət bu dövlətin siyasi kursunun cinayətə əsaslandığını sübut edir. Onun sözlərinə görə, Ermənistan tərəfi təxribatlarına davam edərsə, istənilən an 2016-cı ilin aprel hadisələri təkrarlana bilər və hərbi-texniki baxımdan daha üstün olan Azərbaycan ordusu qarşı tərəfə lazımı cavabı verəcək.

Ermənistanın cəbhədə vəziyyəti gərginləşdirməyə yönələn təxribatlarının Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıq ərəfəsində baş verməsini ekspertlər təsadüf saymır. Hesab olunur ki, bununla rəsmi Yerevan danışıqlardan yayınmağa çalışır.


Create Account



Log In Your Account