Jun 12 2019 19:00
Views: 295

Ermənistan-Azərbaycan münaqişəsi regional sülh və təhlükəsizliyi təhdid altına alır.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilk növbədə Ermənsitanın özünün inkişafına təkan verə bilər. Prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarında Atlantik Şurasında çıxışı zamanı belə deyib. Avropa İttifaqının bununla bağlı apardığı araşdırmanı xatırladan Hikmət Hacıyev deyib ki, münaqişənin həlli Ermənistanı düşdüyü çətin iqtisadi durumdan çıxara bilər. Amma rəsmi Yerevan münaqişənin həlli ilə bağlı danışıqlardan yayınır.

Hikmət Hacıyev Dağlıq Qarabağın erməni icmasına xüsusi hüquqlar verilməsinin yolverilməz olduğunu qeyd edib. Bildirib ki, münaqişənin həlli və çıxış yolları barədə danışarkən bildirib ki, ilk növbədə Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır.

Hikmət Hacıyev qeyd edib ki, münaqişə çox mürəkkəbdir. Madrid prinsiplərində göstərildiyi kimi Ermənistan qoşunları Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarılmalı, daha sonra azərbaycanlı qaçqın və məcburi köçkünlər geri qayıtmalıdır. Birinci mərhələnin uğurlu olması növbəti mərhələlərin də uğurlu olmasına şərait yaradır. Prezident administrasiyasının şöbə müdiri amerikalı ekspertlərin danışıqların gedişi ilə bağlı suallarını cavablandırıb. Bildirib ki, Azərbaycan prezidenti konstruktiv yanaşma nümayiş etdirərək Düşənbədə Ermənistanın baş naziri ilə birbaşa danışıqlara qatılıb. Amma Ermənistan danışıqları pozmaq üçün təxribatlardan əl çəkmir. cəbhədə baş verən son hadisələr də bunu sübut edir.

Toplantıda çıxış edən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini prioritet hesab edir. Rəsmi Vaşinqton Minsk prosesinə sadiqdir.


Create Account



Log In Your Account