Dec 20 2018 14:48
Views: 373

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderləri Baş katib vəzifəsinə Belarusun irəli sürdüyü namizədi dəstəkləyir. Stanislav Zas artıq Qazaxıstan, Tacikistan və Qırğızıstan prezidentlərinin qəbulunda olub. Hər üç dövlət başçısı onun namizədliyini dəstəklədiklərini bildiriblər.
Ermənistanın bütün cəhdlərinə baxmayaraq KTMT-nin Baş katibi vəzifəsinə bu ölkənin nümayəndəsi təyin olunmayacaq. Belarusun təqdim etdiyi namizəd Stanislav Zas artıq Qazaxıstan, Qırğızıstan və Tacikistanın lideri ilə görüşüb və onların dəstəyini alıb. Rəsmi Yerevan isə vəziyyətlə barışmaqdan başqa çıxış yolu qalmadığını anlayıb. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bildirib ki, istənilən halda 2020-ci ildə Baş katib vəzifəsində rotasiya qaydasına uyğun olaraq növbəti ölkənin nümayəndəsi seçiləcək.
Ekspetlər hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna namizəd məsələsi ətrafında mübahisələr Ermənistanın nüfuzuna ciddi zərbə vurub. Eyni zamanda, ölkənin ənənəvi müttəfiqləri ilə də problemlər yaşamasına səbəb olub.
Politoloqların fikrincə, artıq Ermənistanın yeni rəhbərliyi dərindən düşünməli və beynəlxalq münasibətlər sistemində yerini dəqiq müəyyənləşdirməlidir. Əks halda, rəsmi Yerevana onsuz da zəif olan beynəlxalq etimad daha da azalacaq. 
Sabiq baş katibi Yuri Xaçaturov haqqında Ermənistanda cinayət işi qaldırıdıqdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yeni Baş katibin seçilməsi ilə bağlı fikir ayrılıqları yaranıb. Ermənistan bu vəzifəyə yenidən öz namizədini seçdirməyə çalışsa da, təşkilatın digər üzvləri bu təkili dəstəkləmədi. Belarusun təqdim etdiyi namizəd 54 yaşlı general-mayor Stanislav Zas 2015-ci ildən ölkənin təhlükəsizlik şurasına rəhbərlik edir.  O, 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.


Create Account



Log In Your Account