Jul 16 2018 18:36
Views: 912

Ermənistanın  kəşfiyyat-diversiya qrupunun Azərbaycan-Ermənistan dövlət sərhədində təxribata cəhd göstərməsi təsadüfi deyil. Amma Azərbaycan ordusunun ayıq-sayıqlığı qarşı tərəfin bu niyyətini puça çıxardı.  Ekspertlər bildirir ki, Ermənistan müdafiə nazirinin ələ keçirilən diversantla bağlı beynəlxalq təşkilatlara müraciət etməsi bir daha sübut edir ki, həqiqətən də təxribata cəhd edən şəxs diversant və hərbiçidir.
Ermənistanın davamlı olaraq təxribata cəhd göstərməsi bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində qeyri-səmimi olduğunu bir daha nümayiş etdirir. Bu o deməkdir ki, Ermənistan münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı deyil və bununla işğalçı dövlət imicini qoruyur. Qazaxda baş verənlər Ermənistanın təxribatçı tərəf oduğunu yenidən sübuta yetirməklə yanaşı, Azərbaycan ordusunun hazırlıq səviyyəsini, peşəkarlığının nümayişi olub.  
Ötən gün səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistanın kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin məlumatına görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilib. Diversiya qrupunun bir üzvü əsir götürülüb. Saxlanılanın 1984-cü il təvəllüdlü Karen Kazaryan olduğu bildiririlir. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.


Create Account



Log In Your Account