Apr 03 2019 18:44
Views: 415

Ermənistanda valideynlər övladlarının Azərbaycanın işğal olunmuş ərazilərində xidmət keçməsinə etiraz edirlər. Cəbhə bölgələrinə adətən aztəminatlı ailələrın övladlarının göndərilməsi ciddi sosial narazılıq yaradır. Artıq əsgər analarının etiraz aksiyaları keçirməsi adi hal alıb.

Azərbaycanın işğal olunmuş ərazilərində ölən əsgər Ruben Aleksanyanın anası dövlətdən kömək istəyir. Lakin onun müraciətlərinə əhəmiyyət verən yoxdur. Kirayə pulunu ödəyə bilməyən Lyusa Aleksanyan Müdafiə Nazirliyindən bir cavab almadığına görə hətta Baş nazir Nikol Paşinyana da müraciət edib.

Ruben Aleksanyanın valideynləri kimi övladlarını itirən lakin dövlətin diqqətindən kənarda qalan ailələr Ermənistanda minlərlədir. Onların bütün müraciətlərinə hökumət strukturlarının cavabı eyni olur: vəsait yoxdur.

Ermənistanda hər həftə əsgər analarının etiraz aksiyaları keçirilir. Lakin əvvəlki hökumətlər kimi, yeni hökumət də onlara heç bir diqqət göstərmir. Ermənistan ordusunda isə qeyri-döyüş şəraitində ölüm faktlarının qeydə alınması indi daha da intensivləşib. Müdaifə Nazirliyi əsgər ölümlərini gizlədir, ordudakı özbaşınalığı ört-basdır etməklə kifayətlənir.


Create Account



Log In Your Account