Mar 25 2019 14:13
Views: 364

Belarusdan olan namizədin razılaşdırılması ilə bağlı bütün sənədlər üzv dövlətlərə həklə ötən ilin dekabrında tədim olunub. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsini icra edən Valeri Semerikov mətbuata açıqlamasında bidirib. Bu açıqlama Ermənistanda birmənalı qarşılanmayıb. Rəsmi Yerevan növbəti dəfə Belarus namizədinə razılıq verməkdən imtina edib.

Ermənitanın Baş naziri Belarus namizədi Stanislav Zasın təyinatına razılq vermək niyyətində olmadığını bildirib. O daha əvvəl də növbəti Baş katibin Ermənistanın razılığı olmadan təyin olunmayacağını bəya etmişdi. Paşinyanın fikrincə bunun əksinin baş verməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mövcud olmadığı mənasını verəcək. Ekspertlər hesab edirlər ki, Ermənistan hakimiyyəti vəziyyətin mürəkkəbliyini tam anlamır və özünün üzvlük hüquqarında sui-istifadə edir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi vəzifəsinə Belarusun təqdim etdiyi namizəd Ermənistandan başqa bütün üzv ölkələrlə razılaşdırılıb. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan rəhbərliyi Stanislav Zasın namizədliyini təsdiq ediblər. Yalnız Ermənistan belarusun təqdim etdiyi namizədi qəbul etməkdən imtina edir. 

 


Create Account



Log In Your Account