Feb 11 2019 17:24
Views: 366

Ermənistan ordusunun hərbi qulluqçusu Edqar Qriqoryanın ölümü rəsmi qurumlar tərəfindən gizlədilib. Yeni il gecəsi, qeyri-döyüş şəraitində ağır güllə yarası alan Qriqoryan ölümcül vəziyyətdə hərbi hospitala yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, erməni hərbçi səhər saat 8 radələrində keçinib. Lakin hadisə Ermənistanın Müdafiə Nazirliyi tərəfindən gizlədilib və bu haqda heç bir məlumat verilməyib. Məsələnin ictimailəşməsindən sonra isə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan "Facebook" səhifəsində bu barədə məlumat verməyə məcbur olub.  Ekspertlər hesab edir ki, bu Ermənistan ordusunda ölüm faktlaının gizlədilməsinə dair ilk fakt deyil.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin hadisə ilə bağlı açıqlaması da qəribə olub. O,  bildrib ki, hərbçinin ölümü barədə məlumat dərc edilməyib, lakin gizlədilməyib də.  Müdafiə nazirinin müavini Qabriel Balayan isə mətbuata amıqlamasında deyib ki, istintaqa mane olmamaq üçün hərbi qulluqçunun ölümü barədə rəsmi məlumat verilməyib. Ekspertlər hesab edir ki, əsgər ölümünə bu cür münasibət Ermənistanda idarəetmə sisteminin düzgün işləmədiyini bir daha təsdiq edir. 

Daha əvvəl Ermənistanın rəsmi qurumları ötən il 63 hərbçi öldüyünü açıqlamışdı. Ölüm faktlarının əksəriyyəti qeyri-döyüş şəraitində baş verib. 11 intihar hadisəsi qeydə alınıb.

  


Create Account



Log In Your Account