Apr 19 2019 17:17
Views: 179

“Gələcəyi olmayan Ermənistan keçmişi, özü də mifomaniyadan gələn keçmişi ilə yaşayır”. Bu fikir 23 aprel “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunan “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfransda səsləndirilib. Bildirilib ki, müasir erməni müəllifləri bir-birinə istinadən, həqiqətə uyğun olmayan dırnaqarası faktları tirajlayır və bununla “ermənisayağı mənbə”, yəni uydurma “dəlillər” sistemi yaradırlar.
Konfransda qeyd edildi ki, dünyada dövlətlərin meydana gəlmə nəzəriyyələrindən biri də müqavilə əsasında yaradılan dövlətlərdir. Adətən belə dövlətlər saxta tarix, musiqi, mədəniyyət formalaşdırmaq istəyir. Bu fakta Ermənistanda daha çox rast gəlinir. 
Rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov isə bildirdi ki, ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən qeyd edilir. Builki 24-cü ildönümü UNESCO-nun qərarı ilə ədəbiyyatın və oxunun, qiraətin xüsusi əhəmiyyətinə həsr olunur.


Create Account



Log In Your Account