May 24 2019 18:51
Views: 349

Ermənistanın baş naziri Nikol Paşinyan fəaliyyətinin bir ili ərzində heç bir irəliləyişə nail olmayıb. Ermənistanda sosial-siyasi vəziyyət bu bir il ərzində gərgin olaraq qalıb. Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, bir neçə gün öncə Ermənistanda baş verən hadisə haqlı olaraq beynəlxalq qurumlar tərəfindən tənqid edilib. Bu  ölkənin baş nazirinin vətəndaşları məhkəmə qarşısında piketə çağırmasınl Avropa Şurası və digər beynəlaxlq təşkilatlar qanunsuz olaraq qiymətləndirilib.

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov da Ermənistanda sosial vəziyyətin acınacaqlı oluğunu bildirir. Onun sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, ildə 100 mindən çox insan Ermənistanı tərk edir, heç bir müəssisə və təşkilat orada fəaliyyətini davam etdirmir: “Ordudan yayınmalar həddindən artıq çoxdur. Valideynlər öz uşaqlarını Azərbaycan ərazisində xidmət etməyə göndərmirlər. Sual qoyurlar ki, Dağlıq Qarabağ və ətraf ərazilərdə uşaqlarımızın nə işi var?! Odur ki, Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb”.  

Siyavuş Novruzov deyir ki, Ermənistanda peşəkar siyasətçilər və işi bilənlər yoxdur. İlkin dövrdə xarici dövlətlərdən yardım almaqla, öz ölkələrində imkanlı şəxslərin vəsaitlərini müsadirə etməklə bir neçə ay vəziyyəti tənzimləməyə çalışdılar. Ancaq indi bunu da edə bilmirlər.  


Create Account



Log In Your Account