Oct 04 2018 20:03
Views: 446

“Mütləq Azərbaycandan kənara çıxmaq lazımdır. Nasist general Qaregin Njdenin fəaliyyətinə dair gizli arxiv sənədləri beynəlxalq aləmə təqdim edilməlidir”. Bu fikirlər rusiyalı tarixçisi və hüquqşünas Oleq Kuznetsovun keçirdiyi mətbuat konfransında səsləndirilib. “Ermənistan: nasizmın tüğyan etdiyi ölkə” silsiləsindən olan ikinci tədbirdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Arxiv Fondu və Rusiya Federasiyasının Dövlət Arxivinin elmi araşdırmalarının yekunu təhlil edilib. Həmçinin tarixçilərin və Sovet Dövlət Təhlükəsizlik orqanlarının üzə çıxardığı məxvi materialların ikinci hissəsi təqdim olunub. Məhz bu sənədlər Ermənistanda dövlət səviyyəsində qaldırılmış “tsexakronizm” nasizm ideologiyasının faşizmi təcəssüm etdirməsini təsbit edir.
Bu sənədləri araşdıran rusiyalı tarixçi iki nəticəyə gəlib. Birincisi, erməni emiqrasiyası ideoloji baxımdan nasistlərlə Sovet İttifaqına qarşı əməkdaşlıq etməyə hazır idi. Onlar ümid edirdilər ki, SSRİ üzərində qələbədən sonra, Üçüncü reyx Cənubi Qafqazda özünə müttəfiq olan erməni dövləti yaradacaq. İkinci nəticə isə bundan ibarətdir ki, 40-cı illərdə daşnaklarla nasistləri birləşdirən həmin ideologiya indi Ermənistan Respublikasında dövlət siyasətinə çevrilib.
Rusiyalı tarixçisi Oleq Kuznetsovun təqdim etdiyi sənədlərdə də sübut olunur ki, Njde Qaregin özünün və digər erməni millətçilərin bilərəkdən, şüurlu və məqsədli şəkildə nasistlərlə əməkdaşlıq etdiyini etiraf edib. Bundan əlavə, hitlerçilər üçün təkcə hərbi və iqtisadi kəşfiyyat aparılmırdı. Onlar həm də Xolokost qurbanlarının mal-mülkünün ələ keçirilməsində də nasistlərə kömək edirdilər. Başqa sözlə desək, Njde özü hərbi cinayətkar olduğunu etiraf edirdi.


Create Account



Log In Your Account