May 14 2018 14:08
Views: 400

Ermənistan ordusunda qətlləri intihar kimi təqdim etmə hallarının sayı onlarladır. Orduda zabitlərin özbaşınalığı mövzusu dəfələrlə qaldırılıb. Bu insidentlərin sayı günü-gündən daha da artır. Döyüş mövqelərini sıravi əsgərlər qoruduğu halda zabitlər içki içir, siqaret çəkir və yatırlar. Ermənistanın şimal-şərqində hərbi xidmət keçən zaman öldürülən Levon Torosyanın ailəsi da onun qətlə yetirildiyini düşünür. 
Əsgərin dayısı Tiqran Torosyan onun tabutunun erməni bayrağı ilə örtülməsinə etiraz edir. O hesab edir ki, bacısı oğlu vətəni müdafiə etdiyi halda ölməyib. Onun fikrincə, istintaq işi başqa istiqamətə yönləndirməyə çalışır. Belə ki, İstintaq Komitəsi əsgərin ölümü ilə bağlı “İntihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açıb. Amma əsgərin yaxınları intihar versiyasına inanmır.
İntihar versiyasını meyit yarıldıqdan dərhal sonra hərbi ekspert Ruben Martirosyan təkzib edib. Levon Torosyanın bədənində ciddi zərbə yerləri aşkarlanıb. Qətlə yetirilən əsgərin valideynləri və yaxın qohumları yeni baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.


Create Account



Log In Your Account