Jul 18 2018 14:53
Views: 359

Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən silahlı qüvvələri Ağdam rayonunun Çıraqlı kəndində mülki şəxsləri atəşə tutub. Kənddə artezian quyusunda təmir işləri aparan Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıb. Hadisə ilə əlaqədar iş məcburi olaraq dayandırılıb və işçilər dərhal ərazidən uzaqlaşıb. Atəş nəticəsində subartezian qurğusuna və borulara ziyan dəyib. Baş vermiş insidentlə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi dərhal məlumatlandırılıb. Bu barədə Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin müdaxiləsindən sonra atəş dayandırılıb. Təmir işləri BQXK-nin əməkdaşlarının da iştirakı ilə davam etdirilib və artezian quyusunun fəaliyyəti bərpa olunub.


Create Account



Log In Your Account