May 21 2018 18:33
Views: 478

“Ermənistan iqtisadiyyatı iflic durumdadır. Ölkədə yoxsulluğun səviyyəsi durmadan artır. Hər il on minlərlə insan öz ev-eşiyini tərk edir”. Məşhur “Forbes” jurnalında Ermənistan itqisadiyyatının iflasa uğraması haqda məqaləni şərh edən millət vəkili Aydın Hüseynzadə belə deyir. Bildirir ki, dərgidə qeyd edildiyi kimi, həqiqətən də bu gün Ermənistan iqtisadiyyatının inkişafı yolunda böyük çətinliklər var. Bu gedişlə ölkə iqtisadiyatı tam iflasa uğrayacaq.
Beynəlxalq nəşrdə 2016-cı ildə Ermənistanın qlobal iqtisadi çətinlik reytinqində 137-ci yerdə qərarlaşdığı diqqətə çatdırılır. “Forbes” yazır ki, Ermənistanda ciddi islahatlardan sonra əsasən sadə xidmət sahələrinin inkişafı müşahidə oluna bilər. Lakin bu inkişaf da çox uzun çəkə bilməz. Ermənistan kiçik xidmət sahələrindən gəlir əldə edə bilər, ancaq indiki iqtisadi vəziyyətdə ölkənin bunun öhdəsindən gələ biləcəyi şübhə doğurur. Bundan başqa, Ermənistanda ciddi logistika və nəqliyyat problemləri var. Ekspertlərin fikrincə, Ermənistan iqtisadiyyatının çökməsinin əsas səbəblərindən biri də, ölkənin özünü beynəlxalq aləmdən təcrid etməsidir.
“Forbes” yazır ki, Ermənistan iqtisadiyyatı üçün ümid yeri turizm sektorundadır. Lakin bu məsələdə də Ermənistan çıxılmaz vəziyyətdədir. Çünki yeni otellər və nəqliyyat infrastrukturu üçün onlara pul lazımdır. Millət vəkili Aydın Hüseynovun sözlərinə görə Ermənistandakı iqtisadi vəziyyət getdikcə daha da pisləşəcək. Yeni hakimiyyətin atdığı yalnış siyasi addımlar bunu deməyə əsas verir.


Create Account



Log In Your Account