Aug 30 2017 18:28
Views: 651

Ermənistan 2013-cü ildə Avropa İttifaqı ilə razılaşmanı imzalamaqdan Rusiyanın təzyiqi nəticəsində imtina edib. Erməni deputat Edmond Marukyan hesab edir ki, Yerevanın Qərbə doğru həmin addımını Moskva öz maraqlarına təhlükə kimi dəyərləndirib. Serj Sarkisyan bir neçə gün öncə narahatlığa səbəb olmamağını, qərarın dəyişməyəcəyini bildirmişdi. 4 il öncə qəfil Avropa İttifaqı ilə assosiativ razılaşmadan imtina edən Ermənistan prezidenti, Rusiyanın təşəbbüskarı olduğu birliyə daxil olmaq addımını bir gecəyə verilən qərar kimi təqdim etdiyinə görə xarici mətbuatı ittiham edib.   

Onun sözlərinə görə, danışıqlar parallel aparılıb, amma sonda Avrasiya İqtisadi Birliyi seçilib. Lakin Edmond Marukyan Sarkisyanın yalanını üzə çıxardıb. Bildirib ki, o illərdə Ermənistan rəsmi danışıqları Yalnız Avropa İttifaqı ilə aparıb.
 
2013-cü ilin sentyabrında Avropa İttifaqı ilə 3 ildən çox davam danışıqlardan sonra Ermənistan razılaşmadan imtina edərək, öncə Gömrük İttifaqına, ardınca isə Avrasiya İqtisadi Birliyinə üzv olduğunu bəyan etdi. Sonra Ermənistan və Avropa İttifaqı əməkdaşlıqla bağlı yeni razılaşma tərtib etdilər. Sənəd bu ilin martında hazırlandı. Ekspertlərin fikrincə, əvvəlki ilə  müqayisədə, indiki sənəd xüsusi ilə iqtisadi baxımdan daha sadədir. Jurnalist Syuzan Caqinyanın fikrincə, Ermənistanda baş verən proseslər yalnız Serj Sarkisyan və onun çevrəsinə sərf edir.
 
Ermənistan xalqının və iqtisadiyyatının ağır sosial durumunu hakimiyyət Rusiyaya qarşı sanksiyalarla əlaqələndirir. Onların sözlərinə görə, Rusiya iqtisadiyyatının vəziyyətinə 2009-cu ildən bəri qeydə alınan ən aşağı, 0,5%-lik iqtisadi artım təsir göstərir. Ekspertlərin fikrincə, Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı olduğundan, 2018-ci ildə bu ölkəni daha ciddi sınaqlar gözləyir. Moskva problemlərini həll edən zaman, Yerevan dalandan çıxış yolu axtarır. İstisna deyil ki, Ermənistanın tələsik Qərbə yönəlməsi də özünü sığortalamaq istəyindən irəli gəlir.


Create Account



Log In Your Account