Jun 15 2019 17:11
Views: 284

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəsmilərinin işğalçı siyasəti açıq bəyan edən çıxışları və hərəkətləri fonunda xarici işlər nazirlərinin qarşıdan gələn Vaşınqton görüşündən gözləntilərə dair açıqlama verib. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Ermənistanın müdafiə nazirinin son hərəkətləri bu ölkənin təcavüzkar siyasətini növbəti dəfə təsdiq edir. Məhz buna görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar işğalçı Ermənistanla əraziləri işğal olunan Azərbaycan arasında aparılır. Leyla Abdullayeva deyib ki, işğal olunmuş ərazilərin işğalçı qüvvələrdən boşaldılması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması müzakirələrin əsas mahiyyətini təşkil edir.


Create Account



Log In Your Account