Feb 28 2019 14:17
Views: 449

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Vaşinqtonda etiraz aksiyası keçirilib. İzdihamlı aksiya Ermənistan səfirliyinin önündə baş tutub. 

Tədbirdə çıxış edən diaspora fəalları Xocalı şəhərində baş verənləri yaxın keçmişin ən böyük insanlıq faciəsi adlandırıb. Aksiyada Azərbaycan icmalarının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər. Nümayişçilər əllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında məlumatları əks etdirən plakatlar tutublar. Etirazçılar ”Erməni terrorunu pisləyin!”, “Xocalı qətliamı təkrar edilə bilməz!”, “Ermənistan etnik təmizləmə aparmaqda günahkardır” və digər şüarlar səsləndiriblər.

Aksiyada əslən Xocalıdan olan, erməni vəhşiliklərini gözləri ilə görən insanlar da iştirak edib.

Aksiya iştirakçıları Xocalı faciəsinin ABŞ-da müxtəlif ştatlarda tanındığını bildirərək, bir neçə gün əvvəl Konqresin Helsinki Komissiyasının Xocalı ilə bağlı bəyanat yaydığını xatırladıblar. Çıxışlarda erməni silahlı birləşmələrinin Azərbaycandan dərhal çıxarılması, girovların azad olunması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılması tələb olunub. Aksiya iştirakçıları Ermənistanın BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməklə bağlı çağırış ediblər. Aksiya Azərbaycanın dövlət himni və “Əsgər marşı”nın səslənməsi ilə başa çatıb.


Create Account



Log In Your Account