Apr 01 2019 14:18
Views: 412

Münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar prosesində konkret və nəticəyə yönəlik addımların atılması, sülh mühitinin yaradılması üçün zəruri tədbirlərin görülməsi. Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin Vyanadakı görüşünün nəticələri beLə idi. Lakin Avstriya paytaxtındakı görüşdən dərhal sonra ermənistan tərəfindən yenə də təxribat xarakterli bəyənat səsləndi. Ermənistanın müdafiə naziri David Tonoyanın “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır.

Nəzərə alsaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Vyana görüşünü müsbət qiymətləndirib, bu ölkənin müdafiə nazirinin belə təhrikçi çıxışı Ermənistan hökumət strukturlarınds fikir ayrılığı, xaos və özbaşınalıqdan xəbər verir.

Ermənistanın yüksək səviyyəli rəsmilərinin açıqlaması politoloqları təəccübləndirmir. Çünki rəsmi Yerevan həmişə əldə olunmuş razılıqların həyata keçirilməsi üçün məsuliyyətdən yayınmağa üçün bu cür ziddiyyətli bəyanatlar verir.

Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətindƏn bildirilib ki, Tonoyan bu cür absurd və sərsəm bəyanatlar verməklə Ermənistanın işğalçı mahiyyətini bir daha rəsmi surətdə nümayiş etdirir. Bu da Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi Yerevan tərəfindən yeni təhdidlərin ifadə olunması kimi dəyərləndirilir.Qeyd olunub ki,  ərazilərin azad edilməsi üzrə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Azərbaycan Ordusu malik olduğu bütün qüvvə və gücünü düşmənin üzərinə yönəltməyə qadirdir və hazırdır.


Create Account



Log In Your Account