Jul 25 2018 18:50
Views: 555

Artıq 25 ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Bu illər ərzində problemin həlli isqitamətində müəyyən addımlar atılsa da, münaqişə hələ də çözülməmiş qalır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində keçirilən görüşlər, aparılan müzakirələr səmərə vermir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə keçirdiyi brifinqdə deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT baş assambleyasının toplantısı çərçivəsində görüşməsi təklif olunur. Daha yüksək səviyyəli görüşə hazırlaşmaq üçünsə Ermənistan tərəfi vaxt istəyib.
Siyasi ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin intensivləşməsi üçün, ilk növbədə tərəflər özləri danışıqlara hazır olmalıdır. Lakin Ermənistanın danışıqlar aparmaq niyyəti yoxdur.
Ekspertlərin fikrincə, Ermənistan tərəfinin danışıqlar masasına oturmamasına səbəb həm də ölkədəki gərgin daxili ictimai-siyasi vəziyyətdir.
Elmar Məmmədyarov ermənistanlı həmkarının əvvəlki nazirdən daha peşəkar diplomat olduğunu söyləyib. Ekspertlər hesab edirlər ki, bu fakt danışıqlar prosesinə müsbət təsir göstərə bilər.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Siyasi ekspertlər deyirlər ki, əgər danışıqlar öz müsbət nəticəsini verməsə, ölkənin ərazi bütövlüyü təmin olunmasa, Azərbaycan beynəlxalq hüquqa söykənərək, hərbi yolla torpaqlarını işğaldan azad edəcək.


Create Account



Log In Your Account