Sep 03 2019 18:30
Views: 534

Ermənistan rəhbərliyinin işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qondarma qurumun dırnaqarası müstəqillik gününü qeyd etməsi, rəsmi Yerevanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Ermənistan baş naziri Nikol Paşinyanın son davranışlarını şərh edən ekspertlər bu qənaətdədir.

Studiyamızın qonağı, politoloq Elçin Mirzəbəyli deyir ki, Paşinyanın və Ermənistan rəhbərliyindəki digər şəxslərin son açıqlamaları əsasən daxili auditoriyaya yönəlib. Lakin istənilən halda onların sərt cavabı verilməlidir. Həm də beynəlxalq birliyin işğalçı dövlətə qarşı kəskin tədbirlər və ciddi sanksiyalar tətbiq etməsinin vaxtı gəlib çatıb.

 

 

 


Create Account



Log In Your Account