Apr 20 2018 14:10
Views: 459

Ermənistan polisi səhər saatlarında Yerevanda etiraz aksiyasında iştirak edən daha 16 müxalifətçini saxlayıb. Beləliklə, aksiyalar zamanı saxlanılanların sayı 130-u ötüb. Kütləvi həbslər sadə vətəndşların aksiyalarda iştirak etməmək üçün gözünü qorxutmaq məqsədi daşıyır. Buna baxmayaraq, aksiyalara qoşulanların sayı günbəgün artır.
Nümayişlərin davam etdiyi bir vaxtda  Serj Sarkisyan baş nazir qismində hökumətin ilk iclasını keçirib. "Hadisələrin necə inkişaf edəcəyini başa düşməyin çətin olduğunu deyən Sarksyan hüquq mühafizə orqanlarının lazım gələrsə nümayişlərə daha ciddi şəkildə müdaxilə edəcəyini, bu sahədə artıq bir dəfə təcrübə qazandıqlarını deyib. Sarqsyanın fikrincə, nümayişçilərin böyük hissəsi aksiyaya maraq xatirinə qoşulanlardır. Ermənistan prezidenti Armen Sarkisyan isə  Yerevandakı etiraz aksiyalarını şərh edərkən tərəfləri dialoqa çağırıb.   Armen Sarkisyan ölkədə təcili həllini tələb edən xeyli sosial-iqtisadi problemlərin olduğunu bildirib:
Nümayişlərin davam etiyi bir vaxtda Yerevan rejimi  siyasi fəalların represiyasına başlayıb. Saxlanılanların bəzisi məhkəmə qarşısına çıxarılaraq, barəsində həbs qərarı elan edilib.


Create Account



Log In Your Account