Aug 25 2018 15:04
Views: 751

Uzunmüddətli demoqrafik dəyişikliklər - doğum göstəricisinin aşağı düşməsi, ölüm hallarının artması, əhalinin yaşlanması, işsizlik və miqrasiyanın güclənməsi Ermənistanda ciddi demoqrafik problemlər yaradıb. Erməni sosioloq  Aqaron Adibekyan hesab edir ki, ölkədə miqrasiyanın başlıca səbəbi  iş yerlərinin olmaması və aşağı məvacibdir. Bu barədə  o mediya nümayəndələri ilə görüşdə deyib. Erməni sosioloqun sözlərinə görə əgər söhbət   ölkədən gedən böyük insan kütləsinin qarşısını almaq üçün aparılan mübarizədən gedirsə, ilk növbədə iş yerlərinin sayının artması mütləqdir.
“Ermənistanın iqtisadi inkişaf və investisiya nazirinin bəyanatına əsasən gələcəkdə iş yerlərinin sayının  artırılması planlaşdırılır. Hazırda ölkədə 500 min nəfər işsiz var. Bununla belə düşünmürəm ki  indiki vəziyyətdə  yeni iş yerlərinin açılması  ölkədəki ümumi vəziyytə  təsir edəcək  və işsizlik problemi həll olacaq”.
Erməni sosioloqun sözlərinə görə,  Ermənistandakı  digər bir problem gənclərin keyfiyyətli təhsil ala bilməməsidir. Erməni gənclər sahib olduqları peşəyə uyğun iş tapa bilmədiklərindən xarici ölkələrə üz tutur.  Adabekyan onu  da  qeyd edib ki, ölkədən miqrasiya edənlərin əksəriyyəti Rusiya Federasiyasına gedir. Hazırda Ermənistanda hər 4 nəfərdən biri xaricdə yaşamağa məcbur olub. Sosioloqun sözlərinə görə son illər paytaxt Yerevanda bir çox ticarət mərkəzləri bağlanıb. Ölkənin demoqrafik göstəriciləri çox aşağıdır. Sosioloqlar Ermənistanda hakimiyyət dəyişikliyi olsa da sosial-iqtisadi göstəricilərin hələ də ürəkaçan olmadığını deyir. Onların sözlərinə görə vəziyyətin bu şəkildə davam etməsi onsuz da çətin durumda olan Ermənistan üçün ağır nəticələnə bilər.


Create Account



Log In Your Account