May 22 2018 16:49
Views: 410

Ermənistanda əhalinin sosial vəziyyəti acınacaqlı həddədir. Ölkənin yeni baş naziri hələ ki, iddialı bəyanatlar verməklə kifayətlənir. İnsanların yaşayış səviyyəsi isə günü-gündən daha da ağırlaşır. 1988-ci ildə Ermənistanda baş verən dağıdıcı zəlzələdən sonra 52 yaşlı Məryəm Safaryan həyat yoldaşı ilə birgə Gümrüdə müvəqqəti yayayış yerində yaşayır. Onun üç oğlu Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazisində - Dağlıq Qarabağda hərbi xidmət keçib. Lakin Ermənistanda baş alıb gedən işsizlik ucbatından, onların hər üçü hazırda Rusiyada yaşayır. Yeganə qız övladları isə uşağı ilə birgə qonşuluqdakı müvəqqəti yaşayış yerində məskunlaşıb. Demək olar ki, ilin 9 ayı bura soyuq və nəmişlik olur, otağı odun ilə qızdırmağa məcbur olurlar. Halbuki, rəsmi Yerevan işğal olunmuş ərazilərdə xidmət edən əsgərlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dəfələrlə vədlər verib.

Məryəm Safaryan deyir ki, əlilliyi ilə əlaqədar, ağır fiziki əməklə məşğul ola bilmir. Amma bir tikə çörə pulu qazanmaqdan ötrü, istənilən işdə çalışmağa razıdır. Lakin Gümrüdə iş tapmaq müşkül məsələdir. Əgər Ermənistanın ikinci böyük şəhərində vəziyyət belə acınacaqlıdırsa, kəndlərindən danışmağa belə dəyməz. Bəs Ermənistanın rəhbərliyi nə işlə məşğuldur? Ölkənin yeni baş naziri Nikol Paşinyan vətəndaşlarına işıqlı gələcək vəd versə də, hələ ki, başı hakimiyyət strukturlarının dəyişdirilməsinə qarışıb.

Nikol Paşinyan bu günlərdə hakimiyyətin qarşısında duran əsas problemlərdən biri ilə bağlı bəyanat verdi. Erməni xalqının ölkədən köç etməsini dayandırmağın vacibliyini bildirdi. Amma bu sahədə statistik göstəricilər heç də ürəkaçan deyil. Minlərlə erməni ölkəni tərk edir. Rusiyalı ekspert deyir ki, yeni baş nazir verdiyi vədləri yerinə yetirənədək, Ermənistanda bir nəfər də erməni qalmayacaq. O vaxtadək bütün ermənilər Rusiyaya köçəcəklər.  


Create Account



Log In Your Account