Jan 29 2019 18:05
Views: 403

Ermənistanda əsgər anaları hakimiyyətin laqeyd münasibətindən narazılıq edirlər. 2016-cı ildə aprel döyüşlərində həlak olmuş əsgərlrin anaları yerli mətbuata açıqlamalarında Ermənistan ordusunun yaranma günündə belə hökumətin onlara heç bir diqqət göstərmədiyini bildiriblər. Qeyd ediblər ki, uzun illərdir davam edən bu münasibət Paşinyanın hakimiyyətə gəlİsində sonra da dəyişməyib. 

"Ordunun yaranması günü ilə bağlı heç bir təbrik almadıq. Heç kim övladlarımızın xatirəsini yad etməyə gəlmədi. Hətta bizə - həyatlarını itirmiş əsgərlərin ailələrinə başsalığı da vermədilər. Həlak olanların əksəriyyəti rayonlardandır. Məhz bizə belə biganə münasibət var. Niyə? Axı bizim nə qədər həlak olanımız var. Biz hakimiyyətdən övladlarımızın xatirəsinə hörmət istəyirik. Biz diqqət gözləyirik, lakin həmişə həlak olmuş eyni admlar haqqında danışırlar. Yalnız onların ailələrinə diqqət göstərirlər. Səbəbini bilmirəm. Heç gül də gətirmirlər”.

Ermənistanda əsgər anaları indiyədək dəfələrlə etiraz aksiyaları da keçiriblər. Hərbçilərin ailə üzvləri bildirirlər ki, heç kim onların sosial durumu, ehtiyacları barədə maraqlanmır. Hökumət nümayəndələri həlak olmuş əsgərlərin valideynlərinin, ailə üzvlərinin taleyinə biganədir. 

Ötən il Ermənistan ordusunun 63 hərbi qulluqçusu müxtəlif şəraitlərdə ölüb. Ermənistanın Baş Prokurorluğunnun daha əvvəl yaydığı məlumata görə ölənlərin 27-si əsgər, 23-ü müqavilə ilə xidmət edən hərbiçi, 11-si zabit, 2-si gizir olub. Ölüm hallarının əksəriyyəti qeyri-döyüş şəraitində qeydə alınıb. 11 hərbçi isə ağır mənəvi-psixoloji təzyiqlərə dözməyərək intihar edib.


Create Account



Log In Your Account