Jul 05 2018 18:27
Views: 1437

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin keçmiş başçısı Arkadi Qukasyanın adı “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyanla bağlı başlamış cinayət işində hallanır. Qukasyanın adı maliyyə vəsaitinin səmərəsiz xərclənməsi fraqmentində çəkilir. Bildirilir ki, separatçıların keçmiş başçısı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılacaq. “Hayastan”ın direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edilib. Politoloq Fikrət Sadıqov deyir ki, Ermənistanda uzun illərdir korrupsiya hallarının baş verməsi heç kimə sirr deyil. Ölkənin keçmiş rəhbərliyi Ermənistanı soyub-talayıb. Yeni hakimiyyətisə bəzi olaylardan istifadə edərək, hadisələri tamam başqa cür təqdim etmək istəyir.
Politoloq hesab edir ki, Ermənistanın indiki rəhbərliyi korrupsiya ilə mübarizə mövzusundan istifadə edərək, əslində, öz rəqiblərini, o cümlədən keşmiş prezident Serj Sarkisyanın tərəfdarlarını siyasi səhnədən uzaqlaşdırmağa çalışır.
“Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan son bir həftədə fondun bank hesabından qumarxanaya “onlayn” 29 min dollar köçürüb. 2016-2018-ci illərdə isə bu rəqəm 250 min dollardan çox olub.
Qeyd edək ki, bu fond hər il Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki ermənilərə yardım adı altında müxtəlif xeyriyyə tədbirləri keçirir. ABŞ, Avropa dövlətlərindən bu fondun hesabına milyonlarla dollar və avro köçürülüb. Ermənistan prezidenti Fondun Hamilər Şurasının başçısıdır. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan da fonda rəhbərlik edib.


Create Account



Log In Your Account