Dec 19 2018 17:30
Views: 398

“Ermənistanda parlament seçkiləri başa çatıb. İndi Paşinyan hökumətinə danışıqların intensivləşdirilməsi istiqamətində addım atmaq üçün heç nə mane olmur”. Ekspertlər hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli rəsmi Yerevanın proseslərə nə dərəcədə  praqmatik yanaşacağından asılıdır. 
Ermənistan Azərbaycan torpaqlarının işğal altında saxlamağa davam edəcəyi təqdirdə, bu ölkədə siyasi gərginliklər və iqtisadi tənəzzül davam edəcək. Politoloq Fikrət Sadıxov hesab edir ki, Paşiyan hökuməti danışıqlar prosesində irəliləişə nail olmaq üçün daha konkret addımlar atmalıdır.  Ekspert hesab edir ki, Ermənistanın yeganə çıxış yolu qonşularla münasibətləri normallaşdırmaq, Azərbaycan ərazilərinin işğal altında saxlanılmasına son qoymaqdır. 
Paşinyanın hakimiyyətə gəlişində sonra ölkədə heç bir problem öz həllini tapmayıb. Siyasi təlatümlər isə onsuz da yaxşı vəziyyətdə olmayan  iqtisadiyyata da mənfi təsir göstərir. Politoloq Anastasiya Lavrina hesab edir ki, Ermənistanda stabil inkişafa nail olmağın yolu Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir.
Ekspertərin fikrincə, Ermənistanın xarici siyasəti faktiki olaraq iflasa uğrayıb. İndi bu ölkənin nəinki qonşuları, hətta ənənəvi müttəfiqləri ilə də ciddi problemləri var. Regionda gedən iqtisadi və siyasi proseslər isə zamanın Ermənistanın əleyhinə işlədiyini göstərir.


Create Account



Log In Your Account