Oct 03 2018 14:13
Views: 609

Ermənistanın Baş naziri növbədənkənar parlament seşkilərinin dekabrın birinci yarısında keçiriləcəyini bəyan edib. Nikol Paşinyan ölkədə əksinqilabçıların fəallaşdığını bildirib. Buna səbəb "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə layihənin ikinci oxunuşda qəbul edilməsi olub. Qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin buraxılmasının qarşısını almağı nəzərdə tutur. Parlamentdə təmsil olunan Ermənistan Respublikaçılar Partiyası, "Daşnaksütün" və "Çiçəklənən Ermənistan" partiyaları qanun layihəsinin leyhinə səs verib. Bundan dərhal sonra Nikol Paşinyan sosial şəbək vasitəsilə tərəfdarlarına müraciət edərərk onları parlamentin qarşısında toplaşmağa çağırıb. Paşinyanin müraciətindən sonra Yerevan sakinləri parlamentə girişi bağlayıblar və deputatlar binanı tərk edə bilməyib.
Respublikaçılar Partiyasının nümayəndəsi Şarmazanov isə tərəflər arasında danışıqlarda heç bir nəticə əldə olunmadığını deyib. Baş nazir bəyan edib ki, bəzi siyasi qüvvələr ölfədəki siyasi vəziyyəti real qiymətləndirə bilmir. O, baş verənlərin əksinqilab cəhdi kimi qiymətləndirib və layihənin qəbul edilməsinin xalqın iradəsinə zidd olduğunu bidirib. Paşinyan istefa verməyə hazır olduğunu vurğulayıb.
Bir qədər sonra isə paşinyan özü də etirazçılara qoşulub. Mitinqdəki çıxışında o parlament seçkilərinin keçirilməsi barədə qərarının qəti olduğunu bildirib.
Ermənistan prezidenti Armen Sarkisyan artıq "Daşnaksütün" və "Çiçəklənən Ermənistan" partiyalarını təmsil edən 6 nazirin vəzifələrindən azad edilmələri barədə fərmanlar imzalayıb. Parlamentin səhər saatlarına planlaşdırılan iclası isə kvorum olmadığından öz işinə başlaya bilməyib.


Create Account



Log In Your Account