Jan 08 2019 18:05
Views: 422

Ermənistanda qazax xalqına qarşı böyük nifrət var. Qaraqandada ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi bunun əyanı sübutudur. Bunu politoloq Rizvan Hüseynov deyib. O bildirib ki, hadisədən dərhal sonra Ermənistanın məsələ ilə bağlı heç bir açıqlama verməməsi böyük suallar doğurur.

Politoloq bildirib ki, Levon Mirzoyan türk xalqına qarşı böyük nifrət bəsləyən şəxsdir və son illərdə Qazaxıstan mətbuatında ona qarşı məqalələrin yazılması, heykəllərinin götürülməsi, küçələrdən adının götürülməsi Ermənistanda böyük qəzəbə səbəb olub. Ermənistan buna cavab olaraq bu dəfə də cılız addım atmaqdan çəkinməyib.

“Bilirik ki, Ermənİstanda heç də bütün ermənilər hay millətindən deyil. Onların arasında türklər də olub, erməni qipçaqları olub. Orada bir kənd var, kilsəsi də Qıbçağavanqdır, elə kəndin köhnə adı da Qibçağavanq olub. İndi orada sözsüz ki, ermənilər yaşayr. Qazaxıstan o kəndə himayədarlıq edirdi, çox gözəl də abadalaşdırma işlər aparılmışdı. Yerli bələdiyyə həmin kənddə olan muzeyi dağıtdı, Nazarbayevin heykəlini zibilliyə atdı, və yerli xalqla Qazaxıstan xalqına qarşı nifrətlə dolu müsahibələr hazırlandı”.

Qazaxıstan hakimiyyəti mərdlik nümayiş etdirərək bu hadisəyə fikir verməyib. Ermənistan mətbuatı isə Qazaxıstan və qazax xalqı əleyhinə kampaniyaya başlayıb. Ermənistanın KİV-ləri qazaxların cinayətkarların cəzalandırılması tələblərini pantürkizm olaraq təqdim etməyə çalışır.  “ArmenianReport” nəşri təhqiramiz bəyanatla çıxış edib: “Qazaxların mahiyyətini və “Zaqafqaziya türkləri” ilə qan qohumluğunu nəzərə alaraq, Qazaxıstanda ermənilərin məhv edilməsi reallığa çevrilə bilər”. Nəşr Qazaxıstan cəmiyyətini “mədəniyyatsız” adlandırıb və qeyd edib ki, burada “Neçənci dəfədir ki, ermənilər Qazaxıstanda özlərinə qarşı qazaxların vəhşi pantürkizmini hiss edirlər”. 

Xatırladaq ki, bu il yanvarın 1-də Qazaxıstanın Qaraqanda şəhərində cinayət hadisəsi baş verib. Ermənilər 1 qazax gənci 1995-ci il təvəllüdlü Raxımjan Janseyti qətlə yetirib, daha 3 qazax isə müxtəlif xəsarətlər alıb. Hüquq-mühafizə orqanları qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfəri Malxasyan Torqom Manveloviçi, Malxasyan Soxak Samveloviçi və qazax millətli 1 nəfəri Nadırbekov Kair Xamitoviç saxlayıb. Onların barələrində həbs qətimkan tədbiri seçilib. Hadisədə şübhəli bilinən digər 1 nəfər - Narek Qururyan haqqında isə axtarış elan edilib.


Create Account



Log In Your Account