Jan 07 2019 15:29
Views: 442

Ötən İl Ermənistan ordusunda qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artıb.  Rəsmi məlumatlara görə, ötən il Ermənistan Silahlı Qüvvələrinin ölən 39 hərbi qulluçu cəmi 7-si döyüş şəraitində, 32 nəfər isə işğal olunmuş Dağlıq Qarabağ ərazisində fərqli səbəblərdən dünyasını dəyişib. Hərbi qulluqçuların ölüm səbəbləri sırasında bədbəxt hadisələr, intiharlar və əsgər yoldaşının atəş açması çəkilir. Ekspertlər hesab edir ki, statistik göstəricilər Ermənistan ordusunda durumun həqiqətən də acınacaqlı olduğunu göstərir. Bu ilk növbədə ölkədə əhalinin sosial təminatının aşağı olmasının göstəricisidir.

Ötən il ermən istan-Azərbaycan cəbhə xəttində gərginlik yüksək olmayıb, atəşkəs rejimi ümumilikdə qorunub. Ermənistan ordusunun itkiləri  orduda keyfiyyət dəyişikliklərinin olmadığını, Nikol Paşinyanın inqilabdan öncə verdiyi vədlərin boş sözlərdən başqa br şey olmadığını gööstərir. Bu  durum ölkəni idarə edənlər üçün bir siqnal olmalıdır. Təsadüfi deyil ki, işğalçılıq siyasəti ilə böyük və regional layihələrdən uzaq qalan Ermənistanda yaşayış səviyyəsi getdikcə pisləşir.

Ekspertlər hesab edir ki, Ermənistanın yeni hakimiyyəti gücü səs küylü  rüşvət qalmaqallarına deyil, orduda islahatların həyata keçirməyə yönəltməlidir.  Bu orduda ermənistanda qeyri döyüş şəraitində ölənlərin sayını azaltmayacaq həm də ölkəni özünün təhlükəsizliyyi baxımdan önəmlidir.


Create Account



Log In Your Account