Oct 20 2018 14:31
Views: 1051

İlkin hesablamalara görə Ermənistanda korrupsiya ölkəyə 2,5 milyon dollardan çox ziyan vurub. Lakin bu son hədd deyil. Ekspertlərin fikrincə, araşdırmalar obyektiv aparılarasa daha böyük rəqəmlər ortaya çıxa biər.
Ermənistanda müxtəlif sahələrdə korrupsiya faktlarına dair yüzlərlə cinayət işi qaldırılıb. Lakin ekspertlərin fikrincə yeni hakimiyyətin əsas məqsədi heç də obyektiv araşdırmalar aparmaq yox, istintaqın əldə etdiyi dəlillərdən siyasi rəqibləri sıxışdırmaq üçün istifadə etməkdir.
Ekspertlər deyir ki, indi Ermənistanda gülməli situasiya yaranıb. Yeni hakimiyyət əvvəlki siyasi elitanın səhvlərini təkrarlayır. Hansı ki, bu səhvlərə görə onları tənqid edirdi. Bu  tendensiya yeni hökumətin Ermənistan-Azərbaycan, dağlıq qarabağ münaqişəsi ilə bağlı siyasətində də müşahidə olunur.
Paşinyan beynəlxalq siyasi arenada da ciddi siyastəçi kimi qəbul olunmur. Onun qeyri-peşəkar addımları, ziddiyyətli bəyanatları isə danışıqlar prosesinin gedişinə heç də müsbət təsir göstərmir.
Ekspertlər hesab edir ki, yeni hökumət münaqişənin həlli üçün real addımlar atmasa bu Ermənistanda daxili siyasi gərginliyi artırmaqla yanaşı, həm də ölkənin gələcəyi ilə bağlı yeni sualların meydana çıxmasına səbəb ola bilər. Paşinyan hakimiyyəti ölkəni həqiqətən uçurumdan çıxarmaq, iqtisadi inkişafa nail olmaq istəyirsə, bunun yeganə yolu Dağlıq qarabağ münaqişəsinin həllindən keçir. Ekspertlər deyir kİ, münaqişənin həlli Ermənistanın iqtisadi blokadadan çıxması, regionda həyata keçirilən qlobal layihələr qoşulması deməkdir, hansı ki indi bunlara hava və su kimi ehtiyacı var.


Create Account



Log In Your Account