Dec 26 2018 18:29
Views: 440

Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra kütləvi informasiya vasitələrində Rusiya əleyhinə danışan siyasi ekspertlərə geniş yer verilir. Ayrı-ayrı siyasi partiya və təşkilatlardan səslənən anti-Rusiya bəyanatlarının da sayı nəzərəçarpacaq dərəcədə artıb. Eskpertlər hesab edir ki, bu, əslində yeni hökumətin həyata keçirdiyi siyasi-ideoloji xəttin nəticəsidir. Paşinyan və komandası Rusiya ilə münasibətlərə yenidən baxmağın tərəfdarıdır. Məhz buna görə də qərbmeyilli siyasi qüvvələrə və kütləvi informasiya vasitələrinə daha geniş imkanlar yaradılmasına çalışır. Əsas məqsəd Rusiyanın Ermənistan ictimai rəyində mənfi imicini yaratmaqdır.

 

Ermənistan mediası da əvvəllər strateji müttəfiq adlandırdığı Rusiya əleyhinə materiallara öz səhifələrində indi geniş yer verir. Ekspertlər hesab edir ki, Ermənistandakı qərbmeyilli qüvvələr tərəfindən təşkil olunan bu prosesin əsas məqsədi Rusiyanın imicinə zərbə vurmaqdır. 

 

Ekspertlərin fikrincə, Ermənistanın qərbmeyilli rəhbərliyi sadəcə olaraq Rusiyaya təzyiq etmək və Rusiya hərbi bazasını ölkə ərazisindən çıxarmaq üçün bəhanə axtarır. Buna görə də hakimiyyət Ermənistan əhalisini anti-Rusiya əhval-ruhiyyəsinə kökləmək üçün istənilən situasiyadan istifadə etməyə cəhd göstərir.


Create Account



Log In Your Account