Apr 27 2018 17:23
Views: 463

Ermənistanda vəziyyət gərgin olaraq qalır. İllərlə hakimiyyəti zor gücünə əlində saxlayan, adı kriminal dairələrlə birgə çəkilən Serj Sarkisyan devrilsə də, Yerevanda minlərlə adamın iştirakı ilə etiraz aksiyaları davam edir. Nümayişçilər bəzi dövlət binalarının, o cümlədən, Ermənistan Xarici İşlər Nazirliyi, Təhsil və Elm nazirlikləri yerləşən binaların önünə toplaşıblar. Etirazçıların əsas tələbi ölkədə yeni parlament seçkilərinin keçirilməsidir.
Ermənistanda hökumət böhranı davam edir. “Respublikaçılar” fraksiyası ilə ittifaqda olan “Daşnaksütyun” partiyası koalsiyadan imtina etdikdən sonra hökumətin işi iflic olub.
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan arasında telefon danışığı olub. Danışıqlar zamanı qeyd edilib ki, Ermənistanda böhran vəziyyəti hazırda fəaliyyətdə olan konstitusiya çərçivəsində həll edilməlidir. Tərəflər Ermənistanda mayın 1-nə planlaşdırılan baş nazir seçkilərinin vacibliyini vurğulayıblar. Bu arada müxalifətin lideri Nikol Paşinyan ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanı danışıqlara dəvət edib. O, danışıqların jurnalistlərin iştirakı ilə keçirilməsini tələb edib. Bildirib ki, bağlı qapı arxasında hakimiyyətlə danışıqlar aparmayacaq. Nikol Paşinyan bu gün ölkənin ikinci böyük şəhəri hesab edilən Gümrüdə də avtoyürüş keçirmək niyyətindədir. Siyasi ekspertlər bildirirlər ki, Ermənistanda hakimiyyət dəyişikliyi Dağlıq Qarabağ münaqişəsinə də təsirsiz ötüşməyəcək.
Qeyd edək ki, Ermənistanda yeni baş nazir seçkisi bu gün ölkə parlamentində baş tutmalıdır.


Create Account



Log In Your Account