Oct 04 2018 20:04
Views: 511

Ermənistanda siyasi qüvvələr arasında münasibətlər getdikcə gərginləşir. Parlamentdə təmsil olunan partiyalar növbədənkənar seçkilərin tarixi ilə bağlı razılığa gələ bilmir. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki,  Parlamentin buraxılmasını əngəlləyən qanun layihəsinin qəbul olunması növbədənkənar seçkilərin keçirilməsinə mane olur və bu da öz növbəsində ölkədə hakimiyyət böhranına yol açır.
Ermənistan Respublikaçılar Partiyası isə xüsusi açıqlama yayaraq, baş nazirin suyasi qüvvələrlə heç bir təklifi müzakirə etmədiyini, sadəcə ultimatum verdiyini bildirib. Parlamentin vitse-spikeri Eduard Şarmazanov isə mətbuata açıqlamasında deyib ki, Nikol Paşinyan fraksiya nümayəndələri ilə ölkədəki siyasi böhran barədə danışıqlar aparsa da, görüşdə konkret razılaşma əldə olunmayıb. Deputat Paşinyanla görüşü danışıqlardan daha çox, adi söhbət adlandırıb
Şarmazanovun sözlərinə görə, cəmiyyətdə ciddi narazılığa səbəb olan qanun layihəsinin qəbulu, ölkədə ədalətli seçkilərin keçirilməsinə mane olmaq yox, parlamentin normal fəaliyyətini təmin etmək məqsədi daşıyır. Ermənistanın siyası bloklarının nümayəndələri bildirirlər ki, Paşinyan bu ilin dekabrında parlament seçkilərinin keçirilməsindən başqa bütün mövzularda danışıqlara hazırdır, o, seçkilərin məhz özünün nəzərdə tutduğu tarixdə keçirilməsində israrlıdır.


Create Account



Log In Your Account