Oct 26 2017 14:05
Views: 1662

Ermənistanın parlament binası qarşısında tələbələr etiraz aksiyası keçiriblər. Nümayişçilər parlamentdə ilk oxunuşda qəbul edilən "Hərbi xidmət və Hərbi xidmətin statusu haqqında" qanun layihəsinə qarşı olduqlarını bildiriblər. Etirazçılar bəyan ediblər ki, müdafə naziri Vigen Sarkisyanın təqdim etdiyi qanun onların gələcək həyatına kölgə salır və təhsil imkanlarını məhdudlaşdırır. "Mənasız yerə üç il xidmət edilməsini istəmirik. Bu kimi şeylərin elmə mane olmasını qəbul etmirik" - aksiya iştirakçıları belə deyiblər. 
Qeyd edək ki, yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir. Tələbələr müdafiə naziri Vigen Sarkisyanın təqdim etdiyi qanun layihəsini tənqid edərək, hərbi xidmətə getmək istəmədiklərini bildiriblər. 
Azərbaycan Parlamentinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, tələbələrin möhlət hüququndan məhrum edilməsi Ermənistanın son həddə əl atdığını göstərir. “Ölkədə əhali çatışmır və bu, ilk növbədə özünü silahlı qüvvələrə çağırışda göstərir. Buna görə də, Rəsmi Yerevan tələbələri də orduya cəlb etməyə çalışır. Hərbi ekspertlər bildirirlər ki, Ermənistan hakimiyyəti cəbhə bölgəsində onsuz da mülki əhali ilə müqavilə bağlayaraq, onları döyüş postunda yerləşdirir. 
Hazırda Ermənistanda sadəcə olaraq silah daşıyacaq əsgər və zabit çatışmır. 3 milyon əhalinin yarım milyonu Rusiyada çalışır. Onların da Ermənistana qayıtmaq fikri yoxdur. Orduda yaşanan özbaşınalıqlar da gənclərin hərbi xidmətdən yayınmasının başlıca səbəblərindəndir. Hərbi qulluqçu çatışmazlığını aradan qaldırmaq üçün Ermənistanın müdafiə nazirliyi mövcud qanunu dəyişərək, tələbələri orduya cəlb etməyə çalışır”.


Create Account



Log In Your Account