May 03 2018 16:15
Views: 778

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan tərəfdarlarına müraciət edərək aksiyaları dayandırmağa çağırıb. Bu addımı həm insanların dincəlməsi, həm də hakim Respublika partiyasının onun namizədliyini dəstəkləməsi ilə izah edib. Onun sözlərinə görə, bu gün parlamentdəki fraksiyalarla görüşəcək və hakim Respublika partiyasından onun namizədliyini dəstəkləməyə dair zəmanət tələb edəcək. Ermənistan parlamentinin üç müxalif fraksiyası – “Yelk”, “Daşnaksyutun” və “Tsarukyan” bloku Nikol Paşinyanın namizədliyini bu gün təkrarən baş nazir vəzifəsinə irəli sürəcək. Hakim partiyanın bu posta namizədi yoxdur. Mayın 8-də parlamentdə yenidən baş nazir seçkisi olacaq. Ekspertlər hesab edir ki, hətta Paşinyan baş nazir seçilsə belə, Ermənistanda xaos qaçılmaz olacaq. Çünki müxalifət liderinin ölkəni idarə etmək qabiliyyəti yoxdur.
Hakimiyyətin təslim olmayacağını görən Paşinyan isə lində olan yeganə variantdan – kütləvi aksiyalardan istifadə edir. Məhz bu səbəbdən Paşinyan parlamentdəki ilk məğlubiyyətindən sonra tərəfdarlarını kütləvi itaətsizliyə, yolları, rəsmi binaları bağlamağa çağırıb. Hakimiyyət isə hələ də ona sadiq olan ordunu hərəkətə keçirib.
Xatırladaq ki, Ermənistanda anoloji hakimiyyət dəyişikliyi cəhdi 2008-ci ildə baş verib. həmin vaxt Nikol Paşinyanın liderliyi ilə başlayan kütləvi aksiyaların yatırılması nəticəsində 9 nəfər ölüb, çox sayda insan yaralanmışdı. Lakin Serj Sarkisyan rejimi hakimiyyəti əlində saxlamağı bacarmışdı.
Ermənistandakı indki böhranın kökü konstitusiyanın dəyişməsindən başlayıb. Ölkə prezident üsul idarəsindən parlament sisteminə keçib və artıq əsas səlahiyyətlər baş nazirə ötürülüb. Sabiq prezident Serj Sarkisyan isə parlamentdə keçirilən seçkilərlə baş nazir təyin olunub. Bundan sonra müxalifət aksiyalara başlayıb. Aprelin 23-də Sarkisyan təzyiqlərə davam gətirməyərək istefa verib. Lakin mayın 1-də keçirilən seçkilərdə Nikol Paşinyan lazım olan səsi toplaya bilmədiyinə görə baş nazir seçilməyib.


Create Account



Log In Your Account