May 20 2020 17:35
Views: 425

Paşinyanın babasının İkinci Dünya Müharibəsi zamanı faşistlərlə əməkdaşlığı barədə faktlar aşkarlanandan sonra Azərbaycan tərəfinin dəlillərini cavablandırmaqda aciz qalan Ermənistan ənənəvi üsul seçib – böhtan atmaq. Millət vəkili Fazil Mustafa deyir ki, ermənistan baş nazirinin bu dəfəki gülünc açıqlamaları birmənalı olaraq böhtandır və heç bir tarixi fakta söykənmir

Millət vəkili tarixi faktlara istinadən xatırladır ki, Məhəmməd Əmin Rəsulzadənin alman hökuməti ilə təmasları yalnız 70 mindən çox azərbaycanlı əsirin xilas edilməsi məqsədilə olub. Ermənistan baş naziri isə növbəti dəfə tarixi saxlaşadırmaq cəhdinin əvəzinə yaxşı olardı ki, öz ölkəsinin parlamentinin tarixini dqəqiləşdirsin. Çünki məhz Ermənistan parlamentinin tarixində rahatlıqla faşizm elementlərini görmək olar.

Politoloq, millət vəkili Arzu  Nağıyev hesab edir ki, Paşinyanın  qeyri-adekvat bəyanatları ilə, Rəsulzadəyə iftira atmaqla babasını gündəmdən çıxarmağa çalışır. Bu həm də Ermənistanın paytaxtı İrəvanda  faşistlərlə  əməkdaşlıq etmiş Qaregin Njdeyə abidə ucaldılmasına dolayısı ilə haqq qazandırmaq cəhdidir.

Millət vəkilləti bir daha qeyd edirlər ki, Hitlerlə görüşdən və faşistlərlə əməkdaşlıqdan imtina edən, buna görə Almaniyadan çıxarılan Rəsulzadə barədə belə qeyri-adekvat açıqlama verilməsinin əsl məqsədi  Paşinyanın özünü qorumaq instinktindən irəli gəlir.


Create Account



Log In Your Account