May 04 2018 18:56
Views: 580

Ermənistanda  hakimiyyətdə   olan  siyasi dairələr ölkədə  bir neçə gündür davam edən   ixtişaşları  sakitləşdirmək və aksiya iştirakçılarının qarşılarına qoyduqları məqsəddən  yayındırmaq üçün  Qarabağ cəbhəsində  vəziyyəti  gərginləşdirməyə çalışır. Ekspertlər ötən gün  Ermənistan silahlıq qüvvələri bölmələrinin Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobilini atəşə tutmasını belə şərh edirlər. Ermənistan ölkədəki qarışıq vəziyyəti ort basdır etmək üçün cəbhədə təxribatlara əl atır. 
Ekspertlər hesab edirlər ki, Ermənistanda hazırkı rejim siyasi arenada  qalmaq uğrunda mübarizəsini davam etdirsə, bu təxribatlar intensiv xarakter daşıyacaq. Münaqişənin həllinə çalışan təşkialtların Ermənistanın bu  təxribatlarına  göz yumması isə  vəziyyəti  daha da gərginləşdirir.
Analitiklərin fikrincə Ermənistanda hakimiyyətə  Nicol Paşinyan və onun komandası gəlsə belə vəziyyət müsbət istiqamətdə dəyişməyək. Çünki Paşinyanın  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər  heç də Sarkisyanın bəyanatlarından fərqlənmir.
Ermənistandakı  hazırkı vəziyyət və uzun illər  davam edən Qarabağ klanının  hakimiyyəti  ölkəni müflisləşdirməklə yanaşı əhalinin də  səbr kasasını daşırıb. Ermənistan əhalisi artıq Dağlıq Qarabağ münaqişəsin  uzanmasını eyni zamanda Ermənistanın, Azərbaycanın qonşu dövlətlərlə  reallaşdırdığı beynəlxalq  layihələrdən  kənarda qalmasını istəmir. Nicol Paşinyanın isə baş nazir seçiləcəyi təqdirdə Ermənistan Azərbaycan  münasibətlərinin tənzimlənməsində, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində atacağı addımlar və görəcəyi işlər hələ açıq  olaraq qalır.


Create Account



Log In Your Account