Jul 30 2019 14:59
Views: 182

“Bu gün bölgədə yaşanan gərginliyin, ümumiyyətlə Ermənistan və Azərbaycan arasında “cəbhə bögəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır”. Azərbayan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan xarici işlər nazirliyinin bölgədə gərginliyin artması ilə bağlı verdiyi açıqlamaya dair jurnalistlərin sualına cavabında belə deyib. Bildirb ki, müxtəlif bəhanələrlə digər günahkarı axtarmaq özü-özünü aldatmaqdan başqa bir şey deyil. Çünki beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun 3 üzv ölkəsinin daimi üzvü olduğu BMT TŞ-nin qəbul etdiyi qətnamələr və digər təşkilatların qərarları göz qabağındadır.

Leyla Abdullayevanın sözlərinə görə bir əli ilə Azərbaycan ərazilərini hərbi işğal altında saxlayan Ermənistan, digər əli ilə danışıqlar aparmamaq üçün də bəhanələr axtarışındadır.

Ekspertlər də hesab edirlər ki, Ermənistanda yaşanan iqtisadi tənəzzül, sosial narazılıqlar hərbi təxribatları şərtləndirən əsas amillərdən biridir. Politloloq Elxan Ələsgərovun fikrincə Ermənistanda sosial məızmunlu etirazlar əsasən sərhəd bölələrində baş verir. Hakimiyyət bu cür təxribatlara əl atmaqla əhali arasında psixologi gərginlik yaratmaq, beləliklə də diqqəti sosial problemlərdən yayındırmağa cəhd göstərirlər.

Politoloq hesab edir ki, Ermənistanın son təxribatları bu ölkənin danışıqlara prosesində irəliləyişin əldə edilməsində maraqlı olmadığını göstərir.

Ermənistan son günlər Azərbaycanla sərhəddə bir neçə təxribat həyata keçirməyə cəhd göstərib. Dünən Azərbaycana məxsus Hərbi tibbi yardım avtomobili atəşə məruz qalıb. İyulun 28-də isə  azərbaycan sərhəd qoşunlarının hərbi yük maşını atəşə tutulub. Daha əvvəl  Qazax rayonu istiqamətində sərhəd məntəqəsinin mövqelərini atəşə tutması nəticəsində Dövlət Sərhəd Xidmətinin əsgəri yaralalanıb. 


Create Account



Log In Your Account