Jul 04 2018 19:17
Views: 506

Ermənistanın Daxili Qoşun birləşmələrini Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi hərbi avantüradır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan kütləvi informasiya vasitələrində bununla bağlı yayılan məlumatları şərh edərkən belə deyib. 
Bildirib ki, beynəlxalq hüquqa zidd bir şəkildə Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının böyük bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirilib. Daxili qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməsi Ermənistan ordusunda acınacaqlı vəziyyətin və şəxsi heyətin komplektləşdirilməsində üzləşdiyi ciddi problemlərin əyani göstəricisidir.


Create Account



Log In Your Account