Aug 14 2020 18:12
Views: 224

Ermənistan KİV-lərində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin “strukturlarının” Xankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb. Bununla əlaqədar Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb. İcma rəhbəri Tural Gəncəliyev bildirib ki, bu, Ermənistanın növbəti təxribat cəhdidir. “Şuşa Azərbaycan üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik bir şəhərdir və onun əsasının qoyulmasının 270 illiyi ərəfəsində işğalçı Ermənistanın növbəti təxribat cəhdini pisləyirik. Biz belə təxribatların dəfələrlə şahidi olmuşuq”.


Create Account



Log In Your Account