Oct 09 2019 20:21
Views: 206

Ermənistan ərazisindəki Azərbaycan toponimlərini əks etdirən onlayn xəritə pоrtalı hazırlanıb. www.realmap.az  portalında  əksini tapmış toponimik mənzərə və demoqrafik faktlar  mövcud Ermənistan respublikasının əzəli Azərbaycan torpaqlarında yerləşdiyini əsaslı coğrafi və demoqrafik dəlillərlə isbat edir. Portalda Ermənistanın Azərbaycana tcavüzünə dair əcnəbi tədqiqatçəlarıın araşdırmaları da yer alıb.
Portalda hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı göstərilir. Burda “Ermənistanda Azərbaycan toponimləri”,“Əhali”, “Arxiv sənədlər” kimi yardımçı bölmələr yer alıb.  Mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir  sənədlər yerləşdirilib. Kəndlərin adları əlifba üzrə sıralanıb və hər kənddə Azərbaycan əhalisinin soyqırımına dəlalət edən statistik məlumat verilib.
Portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilib.  1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə həyata keçirilmiş soyqırımı nəticəsində azərbaycanlıların sayının dəfələrlə azalması öz əksini tapıb.


Create Account



Log In Your Account