May 30 2019 16:32
Views: 416

Artıq  Paşınyan  Dağlıq Qarabağ məsuliyyətindən qaçır və bu problemi öz üzərinə götürmək istəmir. Bunu AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Ermənistanın regional təhdidi" mövzusunda keçirilən Beynəlxalq Forumda deyib. Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti danışıqlardan boyun qaçırmaq üçün formatın dəyişdirilməsinə nail olmaq və status-kvonu saxlamaq istəyir. 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz Regionuna ciddi təhlükə olduğunu bildirib. Onun sözlərinə görə, bütün səylərə baxmayaraq, Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid yaransa da, yeni hökumətin qeyri-konstruktiv mövqeyi indiki rejimin də mahiyyətinin özündən əvvəlkinə bənzədiyini ortaya qoyur.

Tədbirin sonunda Beynəlxalq Forumun iştirakçıları adından Ermənistanın regional təhdid siyasətinə dair bəyanat qəbul edilib. Bəyanat xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və beynəlxalq təşkilatlara göndərilib.


Create Account



Log In Your Account