Aug 13 2020 18:14
Views: 413

Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasında baş nazir Nikol Paşinyanın yazdığı məktub ikrah hissi doğurur. Çünki burada əslində mövcud olmayan tarixə istinadlar gətirilir. Bunu AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı bildirib. Onun sözlərinə görə, strategiyada yalnız bir fakt düzdür - indiki Ermənistan daşnak Ermənistan Respublikasının varisidir. Tarixçi alim bildirir ki, doğrudan da indi olduğu kimi birinci Ermənistan Respublikasında da rəhbərlikdə olanlar məşhur terrorçular olublar ki, bu gün Ermənistanda həmin şəxslərə sitayiş edilir. Musa Qasımlı bildirir ki, cəfəngiyyatla dolu olan bu strategiya uzun müddət davam edə bilməz. Bu sənəd Nikol Paşinyan hakimiyyətdən getdikdən sonra dəyişdiriləcək.


Create Account



Log In Your Account