Sep 10 2018 18:30
Views: 396

Ermənistanın müxtəlif bölgələrində ölkədə hökm sürən ədalətsizlik, özbaşınalıq və cəzasızlığa etirazlar davam edir. Əhalli yeni hakimiyyətin sadə vətəndaşları narahat edən bütün problemləri həll edəcəyin dair vədlərə əməl etməməsindən ciddi şəkildə narazıdır. Paşinyan komandasının qeyri-peşəkar. Səbatsız və səriştəsiz siyasəti sosial problemlərin dərinləşməsinə,  ictimai narazılıqlar spektrinin genişlənməsinə səbəb olub. Ermənistanın nadir milli azlıqlarından olan yezidilərin yaşadığı Tlik kəndinin sakinləri 20 ildir ki içməli sudan məhrumdur. Hökumətin problemə laqeyd münasibəti kənd əhalisini etiraz aksiyası keçirməyə məcbur edib.
Kənd sakinlərinin sözlərin görə, isti yay günlərində əhali susuzluqdan ciddi əziyyət çəkir. Etnik azlıq kimi onsuz da diskrinimasiyaya məruz qalan yezidilər artıq səbrlərinin tükənməkdə olduğunu, daha ədalətzsizliklərə dözməyəcəklərini bildirirlər.
Yaranmış ağır vəziyyət Tlik sakinlərini  qəti addımlar atmağa məcbur edib. Qadınlar və uşaqlar Armavir-Gümrü-Yerevanm yolunu bağlayıb. Onlar problemin aradan qaldırılması üçün hökunmətdən zəruri tədbirlər görməyi tələb edir.


Create Account



Log In Your Account