Sep 27 2019 18:27
Views: 423

Ermənistanın baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi, hüquqi və tarixi aspektlərini BMT tribunasından tamamilə təhrif olunmuş şəkildə təqdim edib. Bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının ümumi müzakirələr hissəsində çıxışı ilə bağlı açıqlamasında bildirib. 

Qeyd edib ki, Ermənistanın baş naziri BMT tribunasından danışdığı halda, BMT Nizamnaməsi əsasında ölkəsinin öz üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozması faktının üzərindən sükutla keçir. XİN təmsilçisi bildirib ki, Ermənistan başa düşməlidir ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyündən kənar həlli modeli mövcud deyil.


Create Account



Log In Your Account