Dec 18 2018 14:27
Views: 458

“Cəmiyyət indi elə bir əhval-ruhiyyədədir ki, yalnız bir adama inanır. Lakin bu münasivbət dəyişsə olduqca ciddi problemlər yarana bilər”. Bunu Ermənistan mətbutatına müsahibəsində Erməni Milli və Strateji Tədqiqatlar Mərkəzinin direktoru, Paşinyanın təbliğatçılarından hesab olunan Manvel Sarqsyan deyib. Onun sözlərinə görə, yeni hökumətin iqtisadi böhrandan çıxmaq üçün də heç bir proqramı yoxdur. Ekspertllərin fikrincə, ölkədə dayanıqlı daxili ictimai-siyasi sabitliyin olmaması, iqtisadi böhran və xarici siyasətdə yol verilmiş ciddi nöqsanlar hakimiyyətdən narazılıqların genişlənməsi üçün münbit şərait yaradır. Məhz buna görə də parlament seçkilərindən sonra yeni hökuməti tənqdi edənlərin sayı sürətlə artmağa başlayıb. Millət vəkili Zahid Oruc hesab edir ki, artıq Paşinyan və komandası ölkədə baş verənlərə görə birbaşa məsuliyyət daşıyır. 

Ekspertlər hesab edir ki, Ermənistanın yeni hakimiyyətin xarici siyasət konsepsiyasının olmaması da əlavə problemlər yaradır. Millət vəkili Fazil Mustafanın fikrincə, Paşinyan hökumətinin xarici siyasətinin konturlarının müəyyənləşməsi üçün zaman lazım olacaq. 

Millət vəkilinin sözlərinə görə Paşinyan hökumətinin xarici siyasət konsepsiyasının olmaması və Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin rəhəbrliyi ilə münasibətlərdə ziddiyyətlər Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə maneə yaradan amillərdir. Fazil Mustafanın fikrincə  bəzi xarici ölkələrdən münaqişənin həll variantları ilə bağlı səslənən mesajlar da  Ermənistanın çətin durumda olduğunu təsdiq edir. Bu baxımdan, Ermənistan mövcud geosiyasi, iqtisadi reallıqları nəzərə almağa məcburdur.

Ekspertlər hesab edir ki, Ermənistanda yeni hökumətin formalaşmasında sonra danışıqlar prosesinin fəallaşması mümkündür. Lakin Paşinyan özündən əvvəlki hakimiyyətlərin qeyri-konstruktiv siyasətini davam etdirsə, bu həm regionda gərginliyin artmasına, həm də bu ölkənin düşdüyü iqtisadi, siyasi böhranın daha da dərinləşməsinə gətirib çıxara bilər.


Create Account



Log In Your Account