Apr 26 2019 19:07
Views: 388

1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da baş vermiş nüvə partlayışı sülh atomu tarixində ən böyük qəza idi. O dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov ictimaiyyətin bu fəlakətin dəhşətlərindən ətraflı xəbər tutmaması barədə gizli göstəriş verib. 1986-cı ilin mayında “Çernobıl” Atom-Elektrik Stansiyasına yaxın ərazilərdən 116 minə yaxın insan köçürülüb. Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında 8 mindən çox soydaşımız iştirak edib. Onlardan biri də Eldar Sulatanovdur.

Qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatlarında iştirak edənlərin hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıb. Əmliyyatlardada iştirak etmiş 3000-ə yaxın azərbaycanlı radioaktiv şüalanma nəticəsində həyatının itirib.

Azərbaycanda Çernobıl qəzası zamanı əlillik almış şəxslər dövlətin diqqət mərkəzindədir. Onların sosial problemlərinin həli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb. “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar üçün də Prezidentin aylıq təqaüdü I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb. Qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü 100 manat müəyyən edilib. “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olan vətəndaşlardan 200 nəfərə mənzil, 160 nəfərə minik avtomobili verilib. Çernobıl əlilləri də dövlətin qayğısından razı olduqlarının bildirirlər.

Qeyd edək ki, Qəzadan sonra radioaktiv şualanma nəticəsində təxminən 15-30 minə yaxın insan həyatını itirdiyi barədə məlumatlar var., 25 min insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub. 


Create Account



Log In Your Account