Apr 15 2019 17:58
Views: 444

Bakıda iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində yeni EU4Climate layihəsi təqdim olunub. Dünyada mövcud iqlim dəyişikliyi təhlükəsini nəzərə alaraq, Avropa İttifaqı, Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanın üzv olduğu Şərq Tərəfdaşlığı ölkələrində EU4Climate adlı regional layihə həyata keçirilir.

Yeni layihə Şərq Tərəfdaşlığı regionu ölkələrinin üzləşdikləri iqlimlə bağlı bir sıra problemləri əhatə edir. BMT İkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakasetti bildirib ki, Azərbaycanda BMT İnkişaf Proqramı artıq neçə illərdir ki, ekoloji dayanıqlığı qorumaq üçün bir sıra layihələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə uğurla tərəfdaşlıq edir, iqlim dəyişikliyi bu əməkdaşlığın ən prioritet sahələrindən biridir. O qeyd edib ki,  iqlim dəyişikliyinin təsirinin azaldılması və ona uyğunlaşmaq məqsədilə daha güclü siyasətin və təcrübələrin işlənib hazırlanmasında Hökumətə dəstək davam etdiriləcək.


Create Account



Log In Your Account