Oct 02 2019 19:19
Views: 235

Azərbaycanda könüllülük proqramlarının sayı ildən-ilə artır. Bakıda keçirilən müxtəlif növ tədbirlərin təşkilində onların köməyindən istifadə olunur. Belə tədbirlərin təşkilində iştirak edən könüllülər bu işə çox məsuliyyət və maraqla yanaşırlar. 
Könüllülük proqramları əsasən idman sferasında aparılır. Artıq Avro 2020 çempionatının Bakıda keçiriləcək oyunlarının təşkili ilə bağlı könüllülərin cəlb olunması üzrə proqrama start verilib. Bu proqramda gənclərin işinə supervayzerlər nəzarət edirlər. 
Könüllülərin qeydiyyatı noyabrın 29-dək UEFA-nın saytında davam edəcək. Seçilmiş namizədlər 24 şöbəyə bölünəcək. Və onlar xaricdən dəvət olunmuş ekspertlərin təimlərindən keçəcəklər. Gələn ilin may ayından könüllülər artıq işə başlayacaqlar.


Create Account



Log In Your Account